Macarıstan səfiri: Azərbaycanla strateji dialoqun növbəti sessiyasına hazırlaşırıq

Xarici siyasət
  • 22 oktyabr, 2025
  • 19:42
Macarıstan səfiri: Azərbaycanla strateji dialoqun növbəti sessiyasına hazırlaşırıq

Macarıstan Azərbaycanla strateji dialoqun növbəti sessiyasına hazırlaşır.

"Report" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda Macarıstanın Milli Günü və 1956-cı il inqilabının ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müstəqilliyinin ilk günlərindən dəstəkləyib:

"Bu dəstək beynəlxalq hüququn prinsiplərinə hörmət və anlayış əsasında olmaqla yanaşı, həm də suverenliyə olan həssaslığımızdan irəli gələn təbii reaksiya idi. Azərbaycan bir neçə gün əvvəl - oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd etdiyi və tezliklə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyini qeyd edəcəyi bir vaxtda vurğulamaq lazımdır ki, Macarıstan adından suverenliyə dəstək heç vaxt sadəcə nəzəri xarakter daşımayıb. Macarıstan hüquqşünasları Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasına öz töhfələrini veriblər".

Səfirin sözlərinə görə, bu əməli dəstəyin təbii davamı ondan ibarətdir ki, beş il əvvəl Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Macarıstan ilk olaraq Qarabağın yenidən qurulmasında iştirak etmək niyyətini bəyan etdi və hazırda bu işlər davam edir:

"Bu gün xalqlarımız müstəqil, suveren və azaddır. Münasibətlərimiz bütün səviyyələrdə və hər sahədə əladır və 2023-cü ilin yanvarında genişlənmiş strateji tərəfdaşlığa yüksəlib. O vaxtdan bəri Prezident İlham Əliyev iki dəfə Macarıstana, Baş nazir Viktor Orban isə dördüncü dəfə Azərbaycana səfər edib və onlar bir sıra beynəlxalq görüşlər keçiriblər. Birgə İqtisadi Komissiyanın XI iclası sentyabr ayında Budapeştdə keçirilmiş, hər iki ölkədən rekord sayda biznes nümayəndələrinin iştirak etdiyi biznes forumu ilə müşayiət olunub. Bu yaxınlarda paytaxtımızda nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçirilib və biz xarici işlər nazirlərinin başçılığı ilə strateji dialoqun növbəti sessiyasına hazırlaşırıq. Münasibətlərin davamlı inkişafı üçün bütün şərait yaradılıb".

Son xəbərlər

Bütün Xəbər Lenti