FTX rəhbəri: MDB xüsusi xidmət orqanlarına Əfqanıstanla daha fəal əməkdaşlıq lazımdır
- 16 oktyabr, 2025
- 10:58

MDB xüsusi xidmət orqanlarına "Taliban" nümayəndələri ilə antiterror və narkotiklərə qarşı mübarizə məsələlərində daha fəal əməkdaşlıq etmək lazımdır.
"Report"un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Səmərqənddə keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclasındakı çıxışı zamanı bildirib.
"Əfqanıstan xüsusi xidmət orqanları ilə tam formatlı əməkdaşlığı daha fəal şəkildə qurmağı məqsədəuyğun hesab edirik. Əfqanıstanda vəziyyətin normallaşması ümumi maraqlarımızdadır", - o qeyd edib.
A.Bortnikov vurğulayıb ki, antiterror xəttindən əlavə, Rusiya narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində "Taliban" ilə əməkdaşlığın inkişafını vacib sayır.
O əlavə edib ki, narkotrafikə qarşı mübarizə üzrə birgə işə Kabildəki həmkarlarımızı fəal şəkildə cəlb etmək lazımdır.