MPK Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Fərdi
  • 16 oktyabr, 2025
  • 14:44
MPK Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Cüdo Federasiyası (ACF) arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Bu barədə "Report"a MPK-dan məlumat verilib.

Hər iki qurumun rəhbərlikləri arasında görüş keçirilib. ACF-nin inzibati binasında gerçəkləşən toplantıda MPK-nın prezidenti Hidayət Abdullayev, baş katib Toğrul Rəhimov, mətbuat katibi Fərid Qarazadə, həmçinin ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və idman direktoru Kamran Talıbov iştirak ediblər.

Görüş zamanı əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və bunun nəticəsi olaraq ölkəmizdə yeni paracüdoçu nəslinin formalaşdırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilib.

ACF-nin illik yarış təqvimində federasiya ilə komitə tərəfindən əvvəlcədən müəyyənləşdiriləcək paytaxt və regional turnirlərdə paracüdo yarışlarının keçirilməsi, paracüdoçuların ACF-nin infrastrukturundan istifadəsi, məşqçilərin təcrübə mübadiləsi və paracüdonun təbliği istiqamətində hər iki qurumun birgə həyata keçirə biləcəyi planlar üzrə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti