Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq
Region
- 03 sentyabr, 2025
- 13:46

2026-cı ildə Sünikdə (Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır yük və böyük ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası yaradılacaq.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, layihənin təşəbbüskarları ölkənin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı və "Yol Departamenti" fondudur.
Söhbət Sünik vilayətində M-2 beynəlxalq avtomobil yolunun 198+000 - 199+000 km hissəsində çəki stansiyasının tikintisindən gedir. Tikinti işlərinə memarlıq-tikinti layihəsi təsdiqləndikdən sonra başlanılacaq.
Beynəlxalq standartlara uyğun mebel və texniki vasitələrlə təchiz ediləcək yeni stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır.
Son xəbərlər
18:28
Kiyev vilayət prokurorluğunun rəhbəri: Azərbaycanlıların güllələnməsi hadisəsi milli zəmində baş verməyib
Hadisə18:28
Vüqar Əhmədov Şirvanda vətəndaşları qəbul edib
Energetika18:24
Sabirabadda baş verən yanğın nəticəsində 30 ton ot yanıb
Daxili siyasət18:24
Azərbaycan ADB ilə "yaşıl" artım üzrə tərəfdaşlığı müzakirə edib
Maliyyə18:21
"Xankəndi"nin baş məşqçisi: "II Liqanın qalibi olmağı hədəfləmişik"
Futbol18:16
Putin: Ukrayna ilə bağlı razılığa gəlmək mümkün olmasa, Rusiya məqsədlərinə hərbi yolla çatmaq niyyətindədir
Digər ölkələr18:12
Zelenski: Bizə təhlükəsizlik zəmanətlərinə dair 30-dan çox sənəd lazımdır
Digər ölkələr18:10
Pakistan hökuməti Əfqanıstana 105 ton humanitar yardım göndərib
Digər ölkələr18:04