Ermənistanda saytların işində genişmiqyaslı fasilələr müşahidə olunur

Region
  • 18 noyabr, 2025
  • 17:04
Ermənistanda saytların işində genişmiqyaslı fasilələr müşahidə olunur

Hazırda Ermənistanda demək olar ki, bütün xəbər saytlarının işində fasilələr müşahidə olunur.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, müxtəlif sayt və serverlərin əlçatanlığına təsir göstərən "Cloudflare" xidmətində yaranmış problemlərlə əlaqədardır.

"Cloudflare" CDN xidmətləri, DDoS hücumlarından qorunma, resurslara təhlükəsiz giriş və DNS xidmətləri təqdim edən ABŞ şirkətidir.

Son xəbərlər

Bütün Xəbər Lenti