Azərbaycan və İran İKT sahəsində işçi qrupun yaradılmasını müzakirə edib
- 18 noyabr, 2025
- 18:38
Azərbaycan və İran arasında İKT sahəsində əməkdaşlığı gücləndirilməsi ilə bağlı işçi qrupunun yaradılması müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə müzakirələr rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşemi ilə keçirdiyi görüşdə aparılıb.
Görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəfdaşlığın gücləndirilməsi ilə bağlı normativ-hüquqi bazanın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə son zamanlar iki ölkə arasında İKT sahəsində, xüsusilə tezliklərin koordinasiyasında əldə olunan uğurlu əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.