Mersyer: Fələstin Administrasiyasına maliyyə dəstəyi birbaşa islahatlarla əlaqəli olacaq

Digər ölkələr
  • 18 noyabr, 2025
  • 18:19
Mersyer: Fələstin Administrasiyasına maliyyə dəstəyi birbaşa islahatlarla əlaqəli olacaq

Fələstin üçün donorlar qrupu noyabrın 20-də regionun qarşısında duran ən aktual məsələlərin həlli üçün toplaşacaq.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Giyom Mersyer bu gün Avropa Komissiyasında keçirilən brifinqdə bildirib.

Bu məsələlər Fələstin administrasiyasının fiskal sabitliyi, islahat proqramının həyata keçirilməsində irəliləyiş, Qərb sahilinin iqtisadi bərpası, habelə Qəzza zolağındakı son hadisələri əhatə edir.

"Biz təxminən 60 nümayəndə heyətini, o cümlədən Aİ-nin üzv dövlətlərinin, beynəlxalq və regional təşkilatların və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirəcəyik", - o qeyd edib.

Mersyerin sözlərinə görə, bu tədbir Aİ-nin Yaxın Şərqdə nizamlanma ilə bağlı ardıcıl mövqeyi kontekstində nəzərdən keçirilməlidir. Bu mövqe İsrailin təhlükəsizliyi və Fələstin dövlətinin həyat qabiliyyətinin təmin edilməsini əhatə edən iki dövlət prinsipinə əsaslanır.

Rəsmi nümayəndə vurğulayıb ki, Aİ fələstinlilərə, Fələstin Administrasiyasına və onun institutlarına xarici yardımın ən böyük təminatçısıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti