Ərdoğan CHP-nin parlament fraksiyası sədrinin müavininə təzminat iddiası qaldırıb

Region
  • 21 oktyabr, 2025
  • 14:38
Ərdoğan CHP-nin parlament fraksiyası sədrinin müavininə təzminat iddiası qaldırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) fraksiya sədrinin müavini Ali Mahir Başarıra qarşı 250 min lirəlik təzminat iddiası qaldırıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Ali Mahir Başarırın dövlət başçısına qarşı səsləndirdiyi fikirlərə görə cinayət işi başladılması üçün prokurorluğa da müraciət edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti