Robot Azərbaycan və Qazaxıstan prezidentlərinə Xəzərin dibi ilə fiber-optik xəttin çəkilməsi barədə məlumat verib
- 21 oktyabr, 2025
- 17:16

Qazaxıstanda "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində Süni İntellekt tətbiqi (robot - red.) Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi haqqında Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayevə məlumat verib.
"Report"un məlumatına görə, Qazaxıstanda dövlət səfərində olan Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə oktyabrın 21-də Astanada Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.