Bortnikov: FTX "Türk axını" qaz kəmərində təxribatların hazırlanması barədə məlumatlara malikdir

Region
  • 16 oktyabr, 2025
  • 10:15
Bortnikov: FTX Türk axını qaz kəmərində təxribatların hazırlanması barədə məlumatlara malikdir

Rusiya Britaniya və Ukrayna xüsusi xidmət orqanları tərəfindən "Türk axını" qaz kəmərində təxribatların hazırlanması haqqında məlumatlara malikdir.

"Report" xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Səmərqənddə keçirilən 57-ci iclasında çıxışı zamanı deyib.

"Britaniyalıların Ukrayna xüsusi xidmət orqanları ilə birlikdə "Türk axını" qaz kəmərinə qarşı təxribatlar hazırladığı haqqında məlumatlara malikik", - o bildirib.

Onun sözlərinə görə, Britaniya ordusunun SAS xüsusi bölmələrinin və MI6 kəşfiyyat xidmətinin təlimatçıları Xəzər Boru Kəməri Konsorsiumuna bir sıra dron zərbələrinin hazırlanmasında iştirak ediblər. Konsorsiumun səhmdarları arasında Rusiya, Qazaxıstan və ABŞ şirkətləri var.

Son xəbərlər

Bütün Xəbər Lenti