Türkiyə rəsmisi: "Qarabağda binaların orijinallığı qorunaraq bərpa edilib"

İnfrastruktur
  • 16 oktyabr, 2025
  • 13:13
Türkiyə rəsmisi: Qarabağda binaların orijinallığı qorunaraq bərpa edilib

Azərbaycan hökuməti işğaldan azad etdiyi ərazilərində binaların orijinallığını qoruyaraq onları bərpa edib.

"Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Ömər Bulut Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bölgədə binaların bir qismi zərər çəkib: "Bu gün binalar tarixi formasını qorumaqla bərpa olunur. Bu ərazilər otuz il əvvəl də azərbaycanlıların yaşadığı yerlər idi".

Ö.Bulut əlavə edib ki, Azərbaycan şəhərsalma baxımından çox gözəl bir nümunə təqdim edib: "Hesab edirəm ki, bütün ölkələrdən buraya gələrək müharibədən sonra şəhərləri bərpa edərkən insanlıq və həssaslıq prinsiplərinə necə əməl edildiyini görə bilərlər. Azərbaycan bunu reallaşdırıb. Yıxmaq hər kəs üçün asandır, amma biz – türk milləti olaraq – həmişə yaratmağa üstünlük vermişik. Kim hansı əsəri ortaya qoyubsa, biz onu qoruyub gələcək nəsillərə çatdırmışıq".

Son xəbərlər

Bütün Xəbər Lenti