Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Hadisə
  • 16 oktyabr, 2025
  • 20:27
Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Report"a Tovuz rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünə qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Tovuz rayonunda 29 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonu Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səbuhi Hazıcadədir.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində törədilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti