Qərbi Kaspi Universiteti Azərbaycanda və regionda innovativ təhsil modelinin öncüllərindən biridir

Elm və təhsil
  • 16 oktyabr, 2025
  • 13:19
Qərbi Kaspi Universiteti Azərbaycanda və regionda innovativ təhsil modelinin öncüllərindən biridir

Qərbi Kaspi Universitetində (WCU) mətbaut nümayəndələri üçün mediatur təşkil edilib.

"Report" xəbər verir ki, mediatur zamanı universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov, prorektorlar və müəllimlər tərəfindən jurnalistlərə universitetin beynəlxalq elmi fəaliyyəti, qlobal əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 1991-ci ildə əsası qoyulan universitet, ötən illər ərzində həm yerli, həm də beynəlxalq səviyyədə tanınaraq elmi və yaradıcı potensialı ilə fərqlənən bir təhsil mərkəzinə çevrilib.

Universitet son illərdə elmi tədqiqat istiqamətlərini genişləndirərək beynəlxalq akademik aləmdə öz mövqeyini möhkəmləndirib.

Universitetin elmi işləri dünyanın ən nüfuzlu elmmetrik platformalarından biri olan Scopus bazasında müxtəlif elmi sahələr üzrə indekslənir. Hazırda universitetin tədqiqatları sosial, iqtisadi, texniki, təbiət və humanitar elmləri əhatə edir. Bu multidissiplinar yanaşma həm fundamental, həm də tətbiqi elmlərin inkişafına xidmət edərək, universitetin beynəlxalq miqyasda tanınmasına mühüm töhfə verir.

Scopus göstəricilərinə əsasən, universitetin elmi nəşrlərinin 22,5 faizi mühəndislik, 12,7 faizi fizika və astronomiya, 10,8 faizi materialşünaslıq, 10,1 faizi kənd təsərrüfatı və bioloji elmlər sahəsinə aiddir. Bundan başqa, kimya, ekoloji elmlər, kompüter elmləri və enerji üzrə də elmi nəticələr diqqətəlayiqdir.

Universitetin beynəlxalq elmi nüfuzunun artmasının göstəricilərindən biri də xarici alimlərin əməkdaşlıq təşəbbüsləridir.

Müxtəlif ölkələrdən tanınmış tədqiqatçılar Qərbi Kaspi Universitetinin elmi layihələrinə qoşulmaq, birgə nəşrlər və elmi jurnalların redaksiya heyətlərində iştirak etmək istəyirlər.

Aldığım məlumata görə, İtaliya, Pakistan və başqa avropa ölkələrindən alim və tədqiqatçılar WCU ilə birgə elmi fəaliyyətə və akademik ziyarətə maraq göstərir və əməkdaşlıq edirlər. Bu təşəbbüslər universitetin beynəlxalq elmi inteqrasiyasının artdığını sübut edir.

SCOPUS elmmetrik bazası elmi jurnalların, kitabların və konfrans materiallarının böyük sitat bazasıdır. Bu baza Elsevier şirkəti tərəfindən 2004-cü ildə yaradılıb. Scopus bazasında hazırda 10 000 nəşriyyat, 70 milyon sənəd, 20,5 milyon müəllif profili, 96 000 təşkilat profili var, eləcə də 28,950 jurnal, 100 000 kitab indekslənir.

Bu univeristetin Scopus bazasında indekslənməsi də onun elmi fəaliyyətinin keyfiyyət göstəricisi olmaqla yanaşı, həm də qlobal elm məkanına inteqrasiyasını gücləndirir. Universitetin alimləri beynəlxalq jurnallarda mütəmadi məqalələr dərc edərək, Azərbaycan elminin dünya səviyyəsində tanınmasına töhfə verirlər. Bu istiqamətdə görülən işlər universitetin elmi nüfuzunun yüksəlməsinə, beynəlxalq tərəfdaşlıqların genişlənməsinə və innovativ tədqiqatların təşviqinə xidmət edir. Son illərdə WCU elmi fəaliyyətin keyfiyyəti və intensivliyini əhəmiyyətli dərəcədə artıb. Bu tendensiyanın ən konkret göstəricilərindən biri də beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayındakı artımdır.

Belə ki, 2022-ci ildə cəmi 8 məqalə ilə başlayan bu proses, 2023-cü ildə 72, 2024-cü ildə isə artıq 1 212 məqalə ilə davam edib. 2025-ci ildə bu göstərici daha da yüksələrək 1 713 məqaləyə çatıb. Bu rəqəmlər universitetin qlobal elmi məkanda daha fəal şəkildə təmsil olunmağa başladığını sübut edir. Bu artım, həm də universitet daxilində elmi tədqiqat mühitinin gücləndirilməsi, müəllim və tədqiqatçı heyətinin beynəlxalq əməkdaşlıqlara daha çox cəlb olunması və qlobal trendlərə uyğun istiqamətlərin prioritetləşdirilməsi ilə bağlıdır.

Universitetin bir neçə elmi jurnalları da var. Bunlar: Scientific Bulletin (Elmi Xəbərlər) - Universitetin əsas elmi nəşridir, Journal of Endemism: Biodiversity & Environment - ətraf mühit, biomüxtəliflik və ekoloji məsələlərə həsr olunub, Reconstructing the Past: Journal of Historical Studies - tarix və tarix elmləri istiqamətində məqalələr dərc edilir, Research Journal of Business in Emerging Economies - biznes, iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatlara həsr olunub.

Mətbuat nümayəndələri müasir standarlara cavab verən tədqiqat mərkəzləri, laboratoriya otaqları ilə tanış olub.

Mərkəzlərdə tələbələr və tədqiqatçıların işləməsi üçün lazımi şərait yaradılıb. Universitetin tərkibində aşağıdakı ixtisaslaşmış Tədqiqat Mərkəzləri fəaliyyət göstərir.

Material Elmləri və Texnologiyaları üzrə Beynəlxalq Tədqiqat Mərkəzi, Həyat Elmləri Resurs Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, Gender Araşdırmaları Mərkəzi, Dağ Biomüxtəlifliyi, Landşaft və Mədəniyyət Tədqiqatları İnstitutu və Asiya Universitetləri ilə Elmi və Təhsil Əməkdaşlığı üzrə Qərbi Kaspi Universiteti Koordinasiya Şurası.

Məsələn, Dağ Biomüxtəlifliyi, Landşaft və Mədəniyyət Tədqiqatları İnstitutunun alimləri BMT-nin Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası (UIAA) ilə birlikdə buzlaqların həm azalma, həm də ərimə proseslərini tədqiq edirlər.

Ümumilikdə, Genetika və Molekulyar Biologiya, Ekoloji və biomüxtəliflik, Meşə artımının təhlili və Dendroxronologiya, Hidrobiologiya, Kimya və ətraf mühitin monitorinqi, Mexanika və robototexnika mühəndisliyi, Smart materialların istehsalı, Fizika və Elektronika laboratoriyaları və Dizayn emalatxanası fəaliyyət göstərir. Bu otaqlar müasir texnikalarla təhciz edilib. Dünyada gedən sürətli yeniliklərin izlənməsi və tətbiq edilməsi üçün bütün imkanlar nəzərə alınıb. Eyni zamanda şəhərdən kənarda da müasir standartlara cavab verən laboratoriyalar var. Tədqiqatçılar istərsə, həftə sonlarını orada keçirib, araşdırmalarını edə bilərlər.

Tələbələr üçün yaradılan şərait tədqirəlayiqdir. Onlar xarici ölkələrdə, xüsusilə Almaniyada təcrübə proqramları keçə bilirlər. İkili diplom proqramları da bunun sübutudur.

Tələbələr innovative yeniliklərin tətbiqi ilə fərqlənirlər. Onlar məsafədən idarə olunan avtonom mina təmizləyici və kəşfiyyat maşını layihəsi hazırlayıb və layihə böyük marağa səbəb olub. Bildirilib ki, hazırda son tamamalama işləri gedir, bitdikdən sonra Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçiriləcək. Həmçinin "STEAM Azərbaycan Festivalı 2022" çərçivəsində universitetimizin iki komandası I yerə, bir komanda II yerə, Qərbi Kaspi Universiteti Məktəbinin komandası isə I yerə layiq görülüb".

Ümumiyyətlə müasir dünyanın dinamik inkişafı, təhsildə yenilikçi düşüncə və qlobal baxış tələb edir. Məhz buna görə də Qərbi Kaspi Universiteti (Western Caspian University) bu gün Azərbaycanda və regionda innovativ təhsil modelinin öncülərindən biridir.

Təhsil müəssisəsində Beynəlxalq akkreditasiyalı proqramlar – Avropa təhsil standartlarına uyğun ixtisaslar, İki diplom imkanı – dünyanın nüfuzlu universitetləri ilə ortaq proqramlar, yenilikçi mühit – Startap mərkəzi, tədqiqat laboratoriyaları və müasir texnoloji baza, beynəlxalq tələbə ailəsi – 40-dan çox ölkədən gələn tələbələr, çoxmədəniyyətli təhsil mühiti, karyera dəstəyi əsasdır.

Son xəbərlər

Bütün Xəbər Lenti