Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 7 %-ə yaxın artırıb

Biznes
  • 16 oktyabr, 2025
  • 13:06
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 7 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 645 mənzil alıblar.

Bu barədə "Report" Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə olaraq 41 mənzil və yaxud 6,8 % çoxdur.

Təkcə sentyabrda isə Azərbaycan vətəndaşları Türkiyədə 67 mənzil alıblar ki, bu da ötən ilin eyni ayına nisbətən 20 mənzil və yaxud 23 % azdır.

Sentyabrda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda bir pillə geriləyərək 7-ci yerdə qərarlaşıb. Nəticədə Səudiyyə Ərəbistanı 6-cı pilləyə yüksəlib.

Ümumilikdə, yanvar-sentyabr aylarında Türkiyədə xarici vətəndaşlara 15 038 mənzil satılıb. Bu, 2024-cü eyni dövrü ilə müqayisədə 2 205 mənzil və yaxud 12,8 % azdır.

Təkcə sentyabrda isə xaricilər Türkiyədə 1 880 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayına nisbətən 163 mənzil və yaxud 8 % azdır.

Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 9 ay ərzində 2 520 mənzil satılıb. Bu, ötən ilin ilk 9 ayı ilə müqayisədə 1 115 ədəd və ya 30,7 % azdır.

Təkcə sentyabrda isə rusiyalılar Türkiyədə 267 mənzil alıblar ki, bu da ötən ilin eyni ayına nisbətən 79 ədəd və yaxud 22,8 % azdır.

Növbəti yeri İran vətəndaşları tutublar. Onlar bu ilin 9 ayında bu ölkədə 1 327 mənzil satılıb ki, bu da illik müqayisədə 228 ədəd və ya 14,7 % azdır. Sentyabrda isə iranlılara 202 mənzil satılıb ki, bu da ötən ilin eyni ayına nisbətən 39 mənzil və yaxud 23,9 % çoxdur.

Ötən ay 3-cü yerdə İraq vətəndaşları qərarlaşıblar. Onlar ötən ay ilk 3-lükdəki Almaniya vətəndaşlarını qabaqlayıblar. Belə ki, yanvar-sentyabr aylarında Almaniya vətəndaşları Türkiyədə 929 mənzil sahib olublar. Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 42 mənzil və ya 4,7 % çoxdur. Ötən ay isə iraqlılar Türkiyədə 146 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayına nisbətən 7 mənzil və yaxud 5 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti