Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 % artıb

Maliyyə
  • 04 dekabr, 2025
  • 15:41
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 109 611 ədəd yeni nəsil NKA quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti