Ermənistanın ABŞ-yə yeni təyin olunmuş səfirinin qardaşı saxlanılıb

Region
  • 04 sentyabr, 2025
  • 11:10
Ermənistanın ABŞ-yə yeni təyin olunmuş səfirinin qardaşı saxlanılıb

Ermənistanın ABŞ-yə yeni təyin edilmiş səfiri Narek Mkrtçyanın qardaşı Mkrtıç Mkrtçyan gecə saatlarında Parakarda narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, hadisə polisin Mkrtçyan və dostunun olduğu avtomobili saxlayan zaman baş verib. Sonuncu polisləri görən kimi dərhal qaçıb, onun çantasında narkotik vasitələr və silah aşkar edilib. Mkrtçyan saxlanılıb.

Qeyd olunub ki, Ermənistan dövlət orqanları bununla bağlı hələlik rəsmi açıqlama verməyib.