Baş katib: NATO ilə əməkdaşlıq Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyanı gücləndirib

Digər ölkələr
  • 04 sentyabr, 2025
  • 13:25
Baş katib: NATO ilə əməkdaşlıq Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyanı gücləndirib

NATO Nizamnaməsinin alyans üzvlərindən birinə hücum olduğu təqdirdə kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi Hind-Sakit okean regionundakı tərəfdaş ölkələrə şamil edilməyəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte deyib.

"Bunun baş verəcəyini düşünmürəm. Lakin biz görürük ki, NATO ilə əməkdaşlıq sayəsində Hind-Sakit okean regionunun dörd ölkəsi - Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya getdikcə daha da güclənir", - M.Rütte Praqada jurnalistlərə bildirib.

Haaqada keçirilən NATO sammitindən sonra M.Rütte və bu dörd ölkə ən yeni texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müdafiə-sənaye sahələrində qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılması və s. barədə razılığa gəliblər.