Əməkdar rəssam: Müslüm Maqomayevin abidəsi maraqlıdır, amma mən onu başqa cür hazırlayardım

İncəsənət
  • 04 sentyabr, 2025
  • 13:46
Əməkdar rəssam: Müslüm Maqomayevin abidəsi maraqlıdır, amma mən onu başqa cür hazırlayardım

Müslüm Maqomayevin Ömər Eldarov tərəfindən hazırlanan abidəsi maraqlıdır, amma mən onu başqa cür hazırlayardım.

Bu fikirləri "Report"a müsahibəsinə əməkdar rəssam Rəşad Ələkbərov deyib.

Rəssam abidənin postamentin üzərində yox, yerdə olmasının insanlara daha yaxın olması kimi yozula biləcəyini qeyd edib.

"Amma bu qədər müzakirə edilməsi mənə, düzü, qəribə gəldi. Bəli, əgər layihə mənə həvalə olunsaydı, mən başqa cür hazırlayardım. Amma adamlar onu nə dərəcədə qəbul edərdi, ya yox, onu bilmirəm. Mən Ömər Eldarovun həmin layihəsini çox maraqlı hesab edirəm, bilirsən, müəllif Maqomayevi elə görür və elə təqdim edir, mən başqa cür görər və başqa cür təqdim edərdim, bir başqası ayrı. Bu normaldır", - o əlavə edib.

Rəşad Ələkbərov Azərbaycanda son illərdə sərgilərə münasibətin də dəyişdiyini vurğulayıb.

"Sərgilərə artıq ailələr gəlir, bu çox yaxşı nümunədir. Hesab edirəm ki, son illərdə "public art"ların ("Public art" – ictimai məkanlarda hər kəsin sərbəst şəkildə görə biləcəyi yerlərdə quraşdırılan sənət əsərləri, – müəl.) olması da buna təsir edir. Heydər Əliyev Mərkəzinin qarşısında davamlı şəkildə bu kimi nümunələri görürük. Yenə də deyirəm, kiminsə xoşuna gəlməyə bilər, tənqidi yanaşa bilər, amma görürlər, incəsənət nüumunəsi ilə ünsiyyətə girirlər, bu bəs edir".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.