Qazaxıstanlı nazir: Orta Dəhlizin inkişafı gələcək üçün strateji əhəmiyyət daşıyır

Region
  • 22 oktyabr, 2025
  • 18:00
Qazaxıstanlı nazir: Orta Dəhlizin inkişafı gələcək üçün strateji əhəmiyyət daşıyır

Orta Dəhliz marşrutunun inkişafı region ölkələrinin gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumu çərçivəsində "Orta Dəhliz: Etibarlılıqdan Səmərəliliyə" adlı panel müzakirə zamanı deyib.

Orta Dəhlizin inkişafı və tranzitin strateji əhəmiyyətindən danışan nazir bildirib ki, Qazaxıstanda "ikinci neft" adlandırılan tranzit bir çox ölkələrin gələcəyi üçün həlledici rol oynayır:

"Biz Orta Dəhlizin inkişafına böyük maraq göstəririk. Hüquqi və institusional səviyyədə hökumətlərarası saziş də mühüm əhəmiyyət daşıyır və infrastruktura sərmayə qoymaq istəyənlər üçün zəmanətlər təqdim edir".

Paneldə, həmçinin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Asiya İnkişaf Bankının vitse-prezidenti Yanqminq Yanq və Türkiyənin nümayəndələri çıxış ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti