Ermənistanda bəzi dini məbədlər dövlətin balansına keçə bilər
- 22 oktyabr, 2025
- 17:20

Ermənistanın Baş naziri Nikol Paşinyan məbədlərin Erməni Apostol Kilsəsindən ayrılmasını və dövlətin balansına verilməsini mümkün hesab edir.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bunu parlamentdə hökumət saatı zamanı bəyan edib.
Söhbət tarixi abidə statusuna malik olan kilsə və monastırlardan gedir.
N.Paşinyan hesab edir ki, bu məbədlərdə mənəvi həyat yoxdur, ora müxtəlif fitnə və intriqaların meydanıdır. Hakimiyyət isə bu məbədləri cəmiyyətə qaytarmaq üçün hər cür mənəvi və hüquqi vasitələrə malikdir.
Baş nazir yenidən II Qaregini nikahsızlığı pozmaqda günahlandırıb və əlavə edib ki, hakimiyyətin Erməni Apostol Kilsəsi ilə heç bir münaqişəsi yoxdur. "Bizim münaqişəmiz Müqəddəs Eçmiədzini qəsb edən və murdarlayan bir qrup insanladır", - o bildirib.