İsrail Qəzzada sülhməramlı missiyada Türkiyənin iştirakına qarşı çıxıb

Digər ölkələr
  • 22 oktyabr, 2025
  • 17:51
İsrail Qəzzada sülhməramlı missiyada Türkiyənin iştirakına qarşı çıxıb

İsrail Qəzza zolağında vəziyyətin nizamlanması planı çərçivəsində yerləşdirilməsi planlaşdırılan sülhməramlı kontingentdə Türkiyənin iştirakına qarşıdır.

"Report"un məlumatına görə, bu barədə "The Times of Israel" İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb.

"Burada heç bir fikir ayrılığı yoxdur. Missiyada Türkiyənin iştirakı olmayacaq", - baş nazirin dəftərxanasından nəşrə bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti