Azərbaycana gətirilən birdən çox mobil cihaza gömrük rüsumu və aksiz vergisi tətbiq edilə bilər
Milli Məclis
- 06 noyabr, 2025
- 11:00
Azərbaycana təqvim ili ərzində gətirilən bir ədəddən çox mobil cihaza gömrük rüsumu və aksiz vergisi tətbiq edilə bilər.
"Report" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bununla bağlı "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən bazar qiymətindən və növündən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat rüsum alınacaq.
Hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edilən mobil cihazların hər birinə isə 20 manat aksiz vergisi tətbiq olunacaq.
Son xəbərlər
03:18
KİV: "Rosneft"in xalis mənfəəti ilk doqquz ayda 70% azalıb
Energetika02:44
Foto
Qara dənizdə zərbə alan tankerdəki heyət gəmini tərk etməyib - YENİLƏNİB-3
Digər ölkələr02:14
Rubio NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək
Digər ölkələr01:43
Türkiyədə atışma olub, iki nəfər ölüb, iki nəfər yaralanıb
Region01:24
Qvatemalada 5,8 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr00:57
NYT: Tramp və Maduro arasında ötən həftə telefon danışığı olub
Digər ölkələr00:51
"Reuters": "Airbus" dünya üzrə "A320" təyyarələrinin, demək olar, yarısını geri çağırır
Digər ölkələr00:29
Tramp Baydenin avtomatik imza qurğusu ilə imzaladığı sənədləri ləğv edib
Digər ölkələr00:04