Adil Kərimli: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında mədəniyyət sahəsində əməkdaşlıq inkişaf edir

Mədəniyyət siyasəti
  • 13 noyabr, 2025
  • 12:06
Adil Kərimli: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında mədəniyyət sahəsində əməkdaşlıq inkişaf edir

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında mədəniyyət sahəsində əməkdaşlıq inkişaf edir.

"Report"un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda mədəni irs abidələrini intensiv bərpa-konservasiyasını həyata keçirir:

"Azad edilmiş ərazilərin bərpasında qardaş ölkələrin həyata keçirdiyi humanitar layihələr ölkələrarası həmrəyliyin parlaq təzahürüdür. Belə ki, ortaq irs üzərində qurulan əməkdaşlığımız artıq yeni məzmun qazanmaqdadır. Xüsusilə İSESCO-nun Bakı regional ofisinin açılması regionda instutsioanal əməkdaşlıq üçün yeni imkanlar açır".

A.Kərimli Azərbaycan və Mərkəzi Asiya ölkələrini çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlərin birləşdirməsinə diqqət çəkib:

"Azərbaycan üçün müasir dünyada mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi vacib məsələdir".

Nazir son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında mədəniyyət sahəsində əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini də vurğulayıb:

"Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda yeni məzmun yaratmaq fəaliyyətimizin əsas məqsədlərindəndir. İkitərəfli müstəvidə sərgilər, mədəniyyət günləri, festivallar və digər bu kimi layihələr davamlı şəkildə həyata keçirilir".

Son xəbərlər

Bütün Xəbər Lenti