Yermakın Ukraynadan çıxmasına qadağa qoyulub
Digər ölkələr
- 01 dekabr, 2025
- 18:31
Ukraynanın Dövlət Sərhəd Xidmətinə Prezident Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermakın ölkə ərazisindən çıxışına qadağa qoyulması barədə məktub daxil olub.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko teleqram kanalında yazıb.
"Sərhəd-keçid məntəqələri Andrey Yermakın Ukraynadan çıxışına qadağa qoyulması barədə məktub alıblar", – deyə deputat qeyd edib.
Başqa detallar açıqlanmır.
Xatırladaq ki, noyabrın 28-də Andrey Yermak Ukrayna Prezidentinin Ofisi rəhbəri vəzifəsindən istefa verib. Ondan bir neçə saat əvvəl isə Milli Antikorrupsiya Bürosu və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun müstəntiqləri onun evində axtarış aparıblar.
Son xəbərlər
02:45
Foto
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab bərabərləşib - YENİLƏNİR-2
Futbol02:18
CNN: İrana qarşı əməliyyat ABŞ-yə təqribən 40 milyard dollara başa gəlib
Digər ölkələr01:44
Rudi Qarsiya: "Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik"
Futbol01:35
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr01:32
İranın qapıçısı Əlirza Beyranvand Belçika ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol01:07
Qətərdə fabrikdə partlayış baş verib
Digər ölkələr01:01
Foto
DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
Futbol00:43
Əl Şaraa Livanın xilası üçün "Hizbullah" ilə danışıqlara hazırdır
Digər ölkələr00:28