Pulunuzu bu yolla artıra bilərsiniz – illik 12 % artım
- 03 dekabr, 2025
- 10:12
Pulunuzu "Expressbank" ASC-yə əmanət etmək indi daha çox qazandırır.
"Expressbank" "Klassik" əmanət məhsulu üzrə illik faiz dərəcəsini 12 %-ə qədər yüksəldib.
Belə ki, indi "Expressbank"a 3 aydan 36 aya qədər müddət üçün yerləşdirilən vəsaitlər illik 12 %-ə qədər gəlir gətirir. Həmçinin, faiz gəlirlərini istəyə görə aylıq və ya müddətin sonunda götürmək mümkündür.
Müştərilər sadəcə 500 AZN yerləşdirməklə "Expressbank"da depozit hesabını aktivləşdirə bilərlər. Banka yatırılan depozitlər isə Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır.
"Fitch" beynəlxalq reytinq agentliyi 2025-ci ildə "Expressbank" ASC-nin uzunmüddətli reytinqini "B+" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib.
"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.