"Neftçi"nin 33 mövsümdən sonra seriyası qırılıb
Futbol
- 03 dekabr, 2025
- 10:40
"Neftçi" komandasının 33 mövsümdən sonra seriyası qırılıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" tarixində ilk dəfə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak etməyəcək.
1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə 8 ən yaxşı komanda sırasına düşən paytaxt təmsilçisinin seriyası sona çatıb.
Bu, cari mövsümün 1/8 final mərhələsində baş verib. Bakı klubu "Zirə" ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək "Neftçi" kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.
Qeyd edək ki, "səkkizlik"də iştirak sayında 2-ci olan "Qarabağ" 26, 3-cü olan "Şamaxı" 19 dəfə bu mərhələdə iştirak edib.
Son xəbərlər
15:29
Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib
Futbol15:20
"AzərEnerji" Dünya Bankı ilə AZURE layihəsinin gedişatını müzakirə edib
Energetika15:20
İranın hücumu fonunda İordaniyada sirenalar səslənir
Digər ölkələr15:12
Sənan Rəsulov: "Olimpiadaya sadəcə qatılmağı düşünmürük, medalla qayıtmağı hədəfləyirik" - MÜSAHİBƏ
Fərdi15:08
Azərbaycanda taxıl sahələrinin 67 %-də biçin yekunlaşıb
ASK15:05
Foto
Azərbaycan Zimbabve ilə enerji əməkdaşlığını müzakirə edib
Energetika14:57
Bu il Bakı–Naxçıvan–Bakı aviareysi üzrə 367 mindən çox sərnişin daşınıb
İnfrastruktur14:56
Böyük Britaniya səfirliyi azərbaycanlı diplomatları peşə bayramı münasibətilə təbrik edib
Xarici siyasət14:53
Foto