STM: Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir

Elm və təhsil
  • 03 dekabr, 2025
  • 10:34
STM: Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir

Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir.

"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in Prezident İham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda təşkil etdiyi dəyirmi masada deyib.

"Narahatlıq doğuran daha bir hal - ölkədə qalaraq, beyin köçünə uğramaqdır. Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə keçirdiyi sosioloji tədqiqatın nəticələri deyilənləri təsdiqləyir. "Beyin köçü", intellektual miqrasiya (39.7%), eləcə də kadr məsələləri və karyerada yüksəliş imkanları (38.9%), həmçinin, alimin imici (34.6%) də əsas problemlər sırasında qeyd edilib",-o əlavə edib.

Z.Oruc daha sonra elmin maliyyələşməsindən də söz açıb:

"Ərazi və əhalicə eyni olduğumuz Avstriyada 2024-cü ildə elm xərcləri 16 milyard avro, yəni ÜDM-in 3.4 faizi olub və "tədqiqat intensivliyi" baxımından rekord göstəricidir. Ölkəmizdə son ÜDM-nin 0,3-0,5 faiz arasında elmə vəsait xərclənir. Ümumilikdə səciyyələndirilsə, elm büdcəsində illər üzrə müsbət dinamika mövcud olub. 2020-ci ildə elm xərclərinə 193 milyon ayrılıb. Əvvəlki illərdə elmə ayrılan maliyyənin bir qisminin Elmin İnkişaf Fondu tərəfindən xərclənməyib geri qaytarılması da geniş müzakirə mövzusu olub. Lakin elmin inkişafında maddi-maliyyə məsələsini, insan və düzgün idarəçilk amilindən ayırıb mütləqləşdirməyin əsası yoxdur".

Son xəbərlər

Bütün Xəbər Lenti