Kəmaləddin Heydərov: Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir

Daxili siyasət
  • 03 dekabr, 2025
  • 10:25
Kəmaləddin Heydərov: Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir

Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir.

"Report" xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransının açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tarix boyu insanlar təbii və texnogen hadisələrlə üzləşib:

"Azərbaycan təbii və texnogen risklərinin olduğu ölkədir. Ölkəmizdə son illər sənaye və infrastruktur şəbəkəsinin yaradılması fövqəladə hallardan qorunma məsələsini də diqqətdə saxlayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir. Nazirlik beynəlxalq müstəvidə əməkdaşlığı genişləndirir. Azərbaycanda yanğınsöndürmə sisteminin formalaşması böyük tarixə malikdir".

Son xəbərlər

Bütün Xəbər Lenti