"Azərmetalinvest"in səhmdarlarının yığıncağı yenidən keçiriləcək
- 06 oktyabr, 2025
- 17:45

Noyabrın 3-də, saat 11:00-da "Azərmetalinvest" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin ötən ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatının və nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, Ümumi yığıncaq, Müşahidə Şurası, İcra orqanı və Təftiş Komissiyası haqqında Əsasnamələrin təsdiq olunması, Müşahidə Şurasının, icra orqanının və Təftiş Komissiyasının (müfəttişin) seçilməsi, balansında olan istifadəyə yararsız əsas vəsaitlərin silinməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Azərmetalinvest" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 386 min manatdır.