Azərbaycan Çinlə maliyyə texnologiyalarının inkişafını müzakirə edəcək
- 26 noyabr, 2025
- 17:06
Azərbaycan və Çin arasında maliyyə texnologiyalarının inkişafı müzakirə ediləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri başlayıb.
Səfər çərçivəsində nümayəndə heyətinin Çinin maliyyə sektoru üzrə nəzarət qurumları ilə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə makroiqtisadi sabitliyin təmin olunması, maliyyə texnologiyalarının inkişafı, həmçinin tənzimləmə sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi planlaşdırılır.
Səfərin məqsədi Azərbaycan və Çin arasında maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsi, tənzimləmə və nəzarət mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsidir.