Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tura yekun vurulacaq

Komanda
  • 05 dekabr, 2025
  • 10:24
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tura yekun vurulacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının V turuna bu gün yekun vurulacaq.

"Report" xəbər verir ki, turun son oyun günündə "Abşeron" "Azərreyl" ilə üz-üzə gələcək.

Qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 18:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında "DH Volley" - "Gənclər"i (3:0), "Milli Aviasiya Akademiyası" "Murov Az Terminal"lı (3:0), "Turan" isə UNEC-i (3:0) məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti