"Qalatasaray" və "Fənərbağça"nın futbolçusu saxlanılıb - YENİLƏNİB - 2
- 05 dekabr, 2025
- 12:09
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Metehan Baltacı saxlanılıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, o, mərc oyunlarında iştirak etməkdə ittiham olunduğu üçün tutulub.
Qeyd edək ki, səhər saatlarında 50-yə yaxın şəxs mərc oyunları və danışılmış matçlarla bağlı tutulub. Onların arasında "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş və keçmiş hakim Ahmet Çakar da var.
Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mert Hakan Yandaş saxlanılıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi mərc oyunlarında iştirak etməkdə ittiham olunduğu üçün tutulub.
Bundan əlavə, keçmiş hakim Ahmet Çakar da saxlanılıb.
Qeyd edək ki, səhər saatlarında 50-yə yaxın şəxs mərc oyunları və danışılmış matçlarla bağlı tutulub.
Türkiyədə bir neçə futbolçu və klub rəsmiləri saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Həmin şəxslər mərc oyunları və danışılmış matçlarla bağlı tutulublar.
İstanbul Baş Prokurorluğu futbolda danışılmış oyunlarla bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirib.