"Qarabağ"la Bakıdakı oyunda "Ayaks"ı 1000-dən çox azarkeş dəstəkləyəcək

Futbol
  • 05 dekabr, 2025
  • 11:06
Qarabağla Bakıdakı oyunda Ayaksı 1000-dən çox azarkeş dəstəkləyəcək

Niderlandın "Ayaks" komandasını Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda dəstəkləyəcək azarkeşlərin sayı bəlli olub.

Bu barədə "Report"a "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Amsterdam təmsilçisi qarşılaşma üçün 1450 bilet istəyib.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti