Xocalı, Xocavənd və Laçında 7 min hektara yaxın torpaq sahəsi müsabiqəyə çıxarılıb

ASK
  • 05 dekabr, 2025
  • 11:03
Xocalı, Xocavənd və Laçında 7 min hektara yaxın torpaq sahəsi müsabiqəyə çıxarılıb
İlhamə Qədimova

Bu ilin sentyabr-oktyabr aylarında sahibkarlar üçün torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə bağçılıq və heyvandarlıq istiqamətində Xocalı, Xocavənd və Laçın rayonları üzrə ümumilikdə 6 876 hektar torpaq sahəsi müsabiqəyə çıxarılıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova nazirliklə sahibkarlar arasında azad olunmuş ərazilər üzrə investisiya müsabiqəsinə çıxarılan torpaqların icarə müqavilələrinin imzalanması tədbirində deyib.

Onun sözlərinə görə, bu çərçivədə qeydə alınmış 68 müraciətdən, layihə sənədləri tam təqdim edilmiş 49 müraciət üzrə 51 layihə qiymətləndirməyə cəlb olunub və nəticədə 48 layihə məqbul hesab edilib: "Məqbul hesab edilən müraciətlər üzrə investisiya layihələrinə ayrılması nəzərdə tutulan torpaq sahəsi 3 rayon üzrə 4 654 ha təşkil edir. Bunlardan 1 layihə intensiv heyvandarlığın inkişaf etdirilməsi istiqaməti (Laçın rayonu), digər 47 layihə isə (Laçın, Xocalı və Xocavənd rayonları) intensiv meyvəçilik istiqamətini əhatə edir.

O bildirib ki, 45-dən çox sahibkarla ilkin mərhələdə 5 illik, sonrakı mərhələdə 44 illik müddətə nəzərdə tutulmaqla ümumilikdə 4 654 hektar torpağın icarəyə verilməsi həyata keçirilir: "Əkin yerlərinin sahibkarlara investisiya müsabiqələri əsasında 5+44 ilədək müddətə icarəyə verilməsi nəzərdə tutulur. İnvestisiya müsabiqələrində təqdim edilmiş aqrar layihənin kənd təsərrüfatı fəaliyyətinin dəyər zəncirini əhatə etməsi (əkincilik, bağçılıq, heyvandarlıq, emal və s.), innovativ parametrlərə malik olması, investisiya həcmi, səmərəliliyi, dəyər zəncirini özündə ehtiva etməsi və s. məsələlər nəzərə alınır. İcarə müddəti dövründə fəaliyyətin qiymətləndirilməsi ilə fəaliyyətin davam etdirilməsi qərarları qəbul olunacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti