Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb

Komanda
  • 01 dekabr, 2025
  • 09:46
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

"Report" AVF-yə istinadən xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunun "Olimpiakos" (Yunanıstan) - "Eczacıbaşı" (Türkiyə) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Dekabrın 2-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq oyunun hakimləri bolqarıstanlı Dobromir Dobrev və polşalı Matsey Tvardovski olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti