Rusiya iş adamlarının sərvəti ilin əvvəlindən 18,1 milyard dollar artıb

Region
  • 01 dekabr, 2025
  • 10:35
Rusiya iş adamlarının sərvəti ilin əvvəlindən 18,1 milyard dollar artıb

Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 18,1 milyard dollar artıb.

"Report" xəbər verir ki, bu, "Bloomberg" agentliyinin dərc etdiyi "Milyarderlər İndeksi"ndən (Bloomberg Billionaires Index) bəlli olub.

Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"in səhmdarı Alişer Usmanov ilin əvvəlindən 5,32 milyard dollar qazanıb, onun sərvəti 18,5 milyard dollara çatıb, Ural Dağ-Mədən Metallurgiya Şirkətinin təsisçisi İskəndər Mahmudovun sərvəti isə 4,43 milyard dollar artaraq 7,56 milyard dollar olub.

Eyni zamanda, "Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 2,44 milyard dollar qazanıb, onun sərvəti 13,4 milyard dollar təşkil edib, "Wildberries"in təsisçisi Tatyana Kim 654 milyon dollar qazanıb, onun sərvəti 8,03 milyard dollara qədər artıb.

Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti isə 3,07 milyard dollar azalaraq 22,8 milyard dollar təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti