Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il 9 nəfər işdən çıxarılıb

Hadisə
  • 01 dekabr, 2025
  • 10:34
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il 9 nəfər işdən çıxarılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il işindəki nöqsanlara 9 nəfər vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bunu idarənin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev QHT nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, 2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin 11 ayında isə 158 əməkdaşın əməlində qeyri-qanuni hərəkətlər müəyyən edilib. Onlar barəsində müxtəlif növ inzibati tənbeh tədbirləri görülüb, 9 əməkdaş isə tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb:

"Bundan başqa, 2023-cü ildə 22 nəfər barəsində 15, 2024-cü ildə 95 nəfər barəsində 51, 2025-ci ilin 11 ayı ərzində 93 nəfər barəsində 44 fakt baxılması üçün prokurorluq orqanlarına göndərilib".

Son xəbərlər

Bütün Xəbər Lenti