"Bank Respublika"nın Qızıl Seçim lotereyasının ilk tirajına 1 ay qalıb

Maliyyə
  • 01 dekabr, 2025
  • 10:36
Bank Respublikanın Qızıl Seçim lotereyasının ilk tirajına 1 ay qalıb

"Bank Respublika" Yeni ildə müştərilərinə avtomobil və qızıl hədiyyə edəcək!

Yeni ildə yeni "BYD Destroyer" avtomobili sahibi olmaq istəyirsiniz? Bəs qızıl külçə necə? Bu Yeni ildə arzularınız yerinə yetəcək!

"Bank Respublika" ASC-dən sərfəli şərtlərlə lombard krediti götürün, "Qızıl Seçim" lotereyasının iştirakçısına çevrilin və qiymətli hədiyyələrdən birinin sahibi olmaq şansını əldə edin! İlk tirajın oynanılmasına 1 ay qalıb.

2 tirajdan ibarət lotereyanın şərtlərinə əsasən, "Bank Respublika"dan 500 manat və daha çox kredit götürən müştərilər 2 ədəd "BYD Destroyer" avtomobili, 24 ədəd 5 qr-lıq qızıl külçə (999,99 əyyar), 10 ədəd 10 qr-lıq qızıl külçə (999,99 əyyar) və 4 ədəd 20 qr-lıq qızıl külçə (999,99 əyyar) qazanmaq imkanı olacaq.

Avtomobilləri BYD şirkətinin Azərbaycandakı rəsmi dileri "Group Motors" təqdim edir.

Lotereyanın əsas şərtləri:

· Lotereyada 01.10.2025 – 01.05.2026 tarixləri arasında "Bank Respublika"dan Lombard krediti götürən və həmin dövrdə krediti aktiv olan müştərilər iştirak edə bilər.

· Hər 500 manat lombard krediti 1 şans deməkdir.

· Lotereya 2 tirajdan ibarətdir və qaliblər 10.01.2026 və 15.05.2026-cı il tarixlərində, Bakı şəhəri, Xaqani 21 ünvanında yerləşən Bankın baş ofisində tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq.

· Ümumilikdə lotereya dövründə 40 hədiyyə qazanılacaq.

· 1-ci tiraj üçün kredit 31.12.2025 tarixinədək, 2-ci tiraj üçün isə, kredit 01.05.2026 tarixinədək aktiv qalmalıdır.

· Hər tirajda bir iştirakçı yalnız bir dəfə qalib ola bilər (şansların sayından asılı olmayaraq).

· Birinci tirajda əldə olunan şanslar həmçinin ikinci tirajda da iştirak edir.

· İştirakçının Lotoreya dövrü ərzində 1 müqavilə üzrə aktiv Lombard kreditlərində 10 gündən artıq müddətdə gecikməsi olmamalıdır.

· Lotereyada "Bank Respublika" əməkdaşları və aidiyyəti şəxslər iştirak edə bilməz.

Lotereya şərtləri haqqında daha ətraflı məlumatı Bankın rəsmi səhifəsində əldə etmək mümkündür.

Əgər siz də sərfəli şərtlərlə kredit götürüb, həm avtomobil, həm də qızıl külçə qazanmaq şansını qaçırmaq istəmirsinizsə – düzgün seçim edin, qalib olun!

Son xəbərlər

Bütün Xəbər Lenti