"Əlçatan metro" layihəsindən son 3 ildə 4 000 sərnişin istifadə edib

İnfrastruktur
  • 03 dekabr, 2025
  • 14:08
Əlçatan metro layihəsindən son 3 ildə 4 000 sərnişin istifadə edib

Son 3 ildə "Bakı Metropoliteni" QSC-nin "Əlçatan metro" layihəsindən təxminən 4 000 sərnişin istifadə edib.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, təkcə bu ilin yanvar-noyabr aylarında layihədən faydalanmış şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 % çox olub.

2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş "Əlçatan metro" layihəsindən əlil arabası, əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar istifadə edə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti