Azərbaycan və Qazaxıstan ADY üçün lokomotivlərin istehsalını müzakirə ediblər

İnfrastruktur
  • 25 noyabr, 2025
  • 19:51
Azərbaycan və Qazaxıstan ADY üçün lokomotivlərin istehsalını müzakirə ediblər
Report

MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası çərçivəsində Azərbaycan və Qazaxıstan "Azərbaycan Dəmir Yolları" (ADY) üçün lokomotivlərin Qazaxıstan zavodunda istehsalını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə "Qazaxıstan Dəmir Yolları"nın mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan Dəmir Yolları"nın rəhbəri Talğat Aldıbergenov Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb. Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə daşımaların həcminin artırılması məsələlərini və onun statusunun yüksəldilməsi ilə bağlı hökumətlərarası sazişin detalları müzakirə ediblər. Həmçinin Xəzər dənizində yükdaşıma üçün gəmilərin Azərbaycandan alınması və ADY üçün lokomotivlərin Qazaxıstan zavodunda istehsalı məsələləri də gündəmə gətirilib", – məlumatda qeyd olunur.

Bundan əlavə, ADY-nin sədri Rövşən Rüstəmovla da danışıqlar aparılıb. Görüşdə TBNM-in inkişafı və multimodal daşımalar sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti