"Axios": ABŞ ilə Rusiya arasında sülh planı üzrə məsləhətləşmələr uğurla davam edir

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 21:35
Axios: ABŞ ilə Rusiya arasında sülh planı üzrə məsləhətləşmələr uğurla davam edir

ABŞ-nin ordu naziri Den Driskollun Rusiya rəsmiləri ilə danışıqları uğurla davam edir.

"Report"un məlumatına görə, bunu "Axios" naziri təmsil edən Cef Tolbertə istinadən yazıb.

"Nazir Driskoll və komandası Rusiya nümayəndə heyəti ilə Ukraynada uzunmüddətli sülhə necə nail olmaq barədə müzakirələr aparır. Danışıqlar yaxşı gedir, biz optimist əhvaldayıq. Driskoll danışıqlar davam etdikcə Ağ Ev və digər qurumlarla sıx koordinasiyada çalışır", – deyə Tolbert qeyd edib.

"Axios"un məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti də Əbu-Dabidə iştirak edir, ABŞ və Rusiya tərəfləri ilə təmasdadır.

Daha əvvəl ABŞ və Ukrayna razılaşıb ki, ərazi güzəştləri ilə bağlı məsələlər yalnız iki ölkənin liderləri tərəfindən müzakirə olunacaq. Bundan əlavə, tərəflər belə qənaətə gəlib ki, Ukraynaya birbaşa aid olmayan mövzular – Avropa təhlükəsizliyi və ABŞ-Rusiya münasibətləri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə mümkün saziş çərçivəsində gündəmə gətirilməyəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti