Tramp: Rusiya və Ukrayna nizamlanma üzrə razılaşmaya çox yaxındır

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 21:49
Tramp: Rusiya və Ukrayna nizamlanma üzrə razılaşmaya çox yaxındır

Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün razılığa gəlməyə çox yaxındırlar.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şükranlıq günündən əvvəl Ağ Evdə keçirilən mərasimdə çıxışı zamanı deyib.

"Bu, asan deyil. Amma düşünürəm ki, biz bunu edə bilərik və razılaşmaya çox yaxınıq. Bunu öyrənəcəyik. Düşünürdüm ki, bunu daha tez etmək olar", - Tramp bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan ilkin sülh planı 28 bənddən ibarət idi. Layihəyə əsasən, Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı, NATO-ya üzvlük kursundan imtina etməli, Moskva isə sanksiyaların qismən götürülməsi və "Böyük səkkizlik" (G8) formatına qayıtmaq imkanı əldə etməli idi.

Sonradan Ukrayna tərəfi ilə aparılan danışıqlar zamanı sülh planı əhəmiyyətli dərəcədə dəyişdirilib və Kiyevin maraqları nəzərə alınaraq 19 bəndə qədər azaldılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti