Azərbaycan "UN-Habitat"ın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir

İnfrastruktur
  • 25 noyabr, 2025
  • 16:31
Azərbaycan UN-Habitatın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 noyabr tarixlərində BMT-nin Keniyanın paytaxtı Nayrobi şəhərində yürləşən bölməsində (UNON) keçirilən "UN-Habitat"ın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Nümayəndə heyətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təmsilçiləri daxildir.

Sessiyanın ilk günü tədbirə qatılan nümayəndələr UN-Habitat-ın təşkilati, maliyyə, proqram və inzibati məsələlərinin müzakirəsində iştirak edib.

Bununla yanaşı, iclas çərçivəsində "Hər Kəs üçün Münasib Mənzil" qətnaməsi üzrə Hökümətlərarası İşçi Qrupun həmsədrlərinin çıxışı baş tutub.

A. Quliyev Azərbaycan və Somali tərəfindən yeni seçilmiş həmsədrlərin mövqeyini təqdim edib. Həmsədrlik mandatı ölkələrə bu ilin oktyabrında keçirilmiş ikinci sessiyanın qərarına əsasən verilib.

A. Quliyev İşçi Qrupunun qlobal mənzil siyasətinə töhfəsini vurğulayaraq, Azərbaycan və Somalinin qarşıdakı dövrdə həyata keçirəcəyi əsas istiqamətləri diqqətə çatdırıb. O, həmçinin ikinci sessiyanın nəticələri, görülmüş işlər və növbəti mərhələnin prioritetləri barədə məlumat verib.

Son xəbərlər

Bütün Xəbər Lenti