Tanınmış futbolçunun evi qarət edilib
Futbol
- 25 noyabr, 2025
- 18:35
İtaliyanın "Kremonese" klubunda çıxış edən futbolçu Ceymi Vardinin evi qarət olunub.
"Report" "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, hadisə A Seriyasının XII turunun "Kremonese" - "Roma" oyunu zamanı baş verib.
Mənbənin bildirdiyinə görə, ingiltərəli futbolçuya dəyən ziyan 80.000 funt sterlinqdir. Oğrular saat, zinət əşyaları, pul və digər qiymətli əşyaları götürərək qaçıblar.
Qeyd edək ki, bu mövsümdən "Kremonese" klubunda çıxış edən Vardi 8 matçda 2 qol vurub. 38 yaşlı hücumçu 2012-ci ildən 2025-ci ilə qədər ölkəsinin "Lester Siti" klubunda forma geyinib. O, sabiq komandasının heyətində müxtəlif yarışlarda 500 oyun keçirib və 200 dəfə rəqib qapılarına yol tapıb.
Son xəbərlər
20:09
Ukrayna XİN: Danışıqlarda atəşkəsin texniki aspektləri razılaşdırılıb
Digər ölkələr19:58
Çingiz Hüseynzadə: "Qış Olimpiadası Azərbaycan idmançısı üçün böyük təcrübə oldu"
Fərdi19:57
Əraqçi Qrossiyə ABŞ ilə gələcək danışıqlar üçün proqramın hazırlanması barədə məlumat verib
Region19:43
Foto
Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub
Fərdi19:15
KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır
Digər ölkələr19:13
Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ekologiya18:56
Foto
Azərbaycan cüdoçuları üçün seminar təşkil olunub
Fərdi18:53
Foto
Rusiyadan gətirilən palma yağının dövriyyəyə buraxılmasının qarşısı alınıb
Sağlamlıq18:49