Azər Allahverənov: Naxçıvanda Türk dünyası üçün yeni bir tarixi səhifə yazıldı

Xarici siyasət
  • 25 noyabr, 2025
  • 18:26
Azər Allahverənov: Naxçıvanda Türk dünyası üçün yeni bir tarixi səhifə yazıldı

Türk Dünyasını daha da birləşdirəcək, xüsusilə vətəndaş cəmiyyətləri arasında əlaqələri gücləndirəcək mühüm bir platforma təsis olunub.

Bunu Milli Məclisin deputatı Azər Allahverənov "Report"un yerli bürosuna açıqlamasında bildirib.

"Türk Dünyasını daha da birləşdirəcək, xüsusilə vətəndaş cəmiyyətləri arasında əlaqələri gücləndirəcək mühüm bir platforma təsis olundu. 2009-cu ildə Naxçıvanda türk dünyasının tarixində yeni bir səhifə yazıldısa, 2025-ci il noyabrın 25-də də burada yenidən tarixi hadisə baş verir. Türk Dövlətləri Təşkilatının vətəndaş toplumlarını yüksəldəcək vacib bir platforma yaradıldı. TDT çərçivəsində mövcud olan 34 platformanın sırasına bu gündən etibarən 35-ci platforma da daxil edildi. Təşkilata üzv və müşahidəçi statusunda olan 8 ölkə bu təşəbbüsü dəstəklədi", - o bildirib.

Qeyd edək ki, bu gün Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması rəsmən təsis olunub. Forumun qərarına əsasən, Platformanın sədri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov seçilib.

Son xəbərlər

Bütün Xəbər Lenti