Azərbaycan Dünya İrs Komitəsinin 20-ci Fövqəladə Sessiyasında yeni seçilmiş üzv kimi iştirak edib

Xarici siyasət
  • 25 noyabr, 2025
  • 18:02
Azərbaycan Dünya İrs Komitəsinin 20-ci Fövqəladə Sessiyasında yeni seçilmiş üzv kimi iştirak edib

Azərbaycan UNESCO-nun qərargahında keçirilən Dünya İrs Komitəsinin 20-ci Fövqəladə Sessiyasında yeni seçilmiş üzv kimi iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev "X"də yazıb.

O qeyd edib ki, bu, Azərbaycan üçün qürurverici bir andır.

"Qlobal irsin qorunmasına töhfə verməyi səbirsizliklə gözləyirəm!",-deyə Nümayəndə əlavə edib.

Parisdə Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyasında Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvü seçilib.

Son xəbərlər

Bütün Xəbər Lenti