"Aeroflot" noyabr ayından etibarən Krasnoyarsk-Bakı reysini həyata keçirəcək

İnfrastruktur
  • 18 avqust, 2021
  • 13:08
Aeroflot noyabr ayından etibarən Krasnoyarsk-Bakı reysini həyata keçirəcək

Rusiyanın "Aeroflot" aviaşirkəti noyabrın 6-dan etibarən Krasnoyarskdan Bakıya ucuşlar həyata keçirməyə başlayacaq.

"Report” xəbər verir ki, bu barədə "Yandeks. Raspisaniya" servisinin məlumatlarında qeyd olunub.

5 saat 30 dəqiqəlik uçuşlar həftədə bir dəfə, şənbə günləri “Boeing-737-800” təyyarələri ilə həyata keçiriləcək.