Britaniya hökuməti şəxsi evləri qanunsuz miqrantlar üçün icarəyə götürür

Digər ölkələr
  • 04 sentyabr, 2025
  • 01:54
Britaniya hökuməti şəxsi evləri qanunsuz miqrantlar üçün icarəyə götürür

Britaniya hökuməti sığınacaq üçün müraciətlərə baxılarkən, La-Manş kanalı vasitəsilə ölkəyə qayıqlarla gələn 70 minə yaxın qanunsuz miqrantı yerləşdirmək üçün şəxsi mülkiyyətçilərdən mənzil kirayələyir.

"Report" xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.

Nəşr qeyd edib ki, Britaniya Daxili İşlər Nazirliyi miqrantların şəxsi evlərdə yerləşdirilməsinin onları otellərdə saxlamaqdan büdcəyə daha ucuz başa gəldiyini iddia edir. Bununla belə, qəzet vurğulayır ki, qanunsuz miqrantlar üçün daşınmaz əmlakın icarəyə verilməsi çox güman ki, krallığın özləri sosial mənzil çatışmazlığından əziyyət çəkən bir çox sakinlərinin narazılığına səbəb olacaq.

"Daily Mail" əlavə edib ki, Britaniya hökuməti özəl sahiblərə evlərini 5 ilə qədər icarəyə götürməyi təklif edir. Üstəlik, bəzi hallarda, söhbət yeraltı istilik sistemi ilə salınmış yeni şəhərciklərdən gedir.