Zelenski Ukrayna üçün "Koreya ssenarisini" güman edir
- 04 sentyabr, 2025
- 01:07

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukrayna üçün "Koreya ssenarisi" olduğunu güman edir.
"Report"un məlumatına görə, Zelenski bu barədə "Le Point" nəşrinə müsahibəsində deyib.
Zelenskidən KXDR ilə real sülh müqaviləsinin olmamasına baxmayaraq, Koreya müharibəsindən sonra çiçəklənməyə nail olan Cənubi Koreya nümunəsi haqqında nə düşündüyünü soruşulub.
"Bu, dəyərlərin qalib gəldiyini göstərən nümunədir. Cənubi Koreyanın inkişafı KXDR-in inkişafı ilə müqayisə olunmazdır, burada biz real iqtisadi və sivilizasiyanın tənəzzülünü müşahidə edirik. Mən hətta insanları demirəm, infrastruktur, iqtisadiyyat və inkişafdan danışıram", - Prezident cavab verib.
O qeyd edib ki, Cənubi Koreya humanizm tərbiyə etdiyi üçün sivilizasiya, texnologiya və iqtisadiyyatda irəliyə doğru sıçrayış edib.
"Məndən soruşursunuz ki, bu ssenari Ukraynada baş verə bilərmi? Mən sizə deyirəm ki, hər şey mümkündür. Qeyd edək ki, Cənubi Koreyanın böyük müttəfiqi var: Şimali Koreyanın onu nəzarətə götürməsinə imkan verməyəcək ABŞ", - Zelenski deyib.
Onun sözlərinə görə, hər şey nisbidir, çünki cənubi koreyalılar hələ də risklərlə üzləşirlər. Onların iqtisadiyyatı inkişaf edir və onlar alyans tərəfindən qorunur, lakin "nə qədər ki, KXDR olduğu kimi qalır, nə qədər ki, onun rəhbərliyinin xarakteri dəyişməzdir, Cənubi Koreya tam təhlükəsiz olmayacaq".
"İnanın mənə, onların təhlükəsizliyinə zəmanət verən çoxsaylı hava hücumundan müdafiə sistemləri var. Düzünü desəm, Ukrayna etibarlı təhlükəsizlik zəmanətlərini, məsələn, Cənubi Koreyanın "Patriot" sistemlərini almağa qərarlıdır", - prezident qeyd edib.
Lakin onun sözlərinə görə, Cənubi Koreya ilə müqayisənin öz həddi var: KXDR-in əhalisi 20 milyondan bir qədər çox, Rusiya əhalisi isə 140 milyondan çoxdur. Rusiyadan gələn təhlükə isə beş, altı, hətta on dəfə çoxdur.
"Cənubi Koreya modelinin tam təkrarlanması, yəqin ki, təhlükəsizlik baxımından Ukraynaya yaraşmaz. Digər tərəfdən, onun iqtisadi modeli yaxşı nümunədir", - Zelenski əlavə edib.