"Samsung" son üç ayda Azərbaycanın planşet bazarındakı payının 27 %-ni itirib
- 01 sentyabr, 2025
- 17:00

Bu ilin avqust ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 41,33 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 4,53 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 5,89 faiz bəndi azdır.
Beləliklə şirkətin bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (ümumi azalma 27 % olub).
İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 2,82 faiz bəndi, illik isə 5,31 faiz bəndi artaraq 31,72 % təşkil edib.
Növbəti pillədəki "Xiaomi"nin bazar payı aylıq 1,72 faiz bəndi, illik isə 2,46 faiz bəndi artaraq 12,46 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,34 faiz bəndi artaraq, illik isə 2,12 faiz bəndi azalaraq 5,53 % olub.
İlk beşliyi 5 %-lik bazar payı ilə "Honor" qapayır. Onun payı əvvəlki aya nisbətən 0,2 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,47 faiz bəndi artıb.